AGA Group of Companies

cv box

Желаете работать в данной компании?

Müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətləri özündə birləşdirən AGA Qrup 1994-cü ildə təsis edilmişdir.

Caspian Plaza (Caspian İnvestment Company MMC) AGA Qrupun ilk təsis edilən müəssisəsidir və 1996-ci ildən inşa edilməyə başlanılmışdır. 1998 – ci ildə isə istifadəyə verilən növbəti müəssisə Caspian Business Center olmuşdur. Bununla da AGA Qrup Respublikamızda İş Mərkəzlərinin idarəsi sahəsində ilklərdən birinə çevrilmişdir. Zamanla İş Mərkəzlərinin və xidmətlərinin sayını və miqyasını artıran AGA Qrup bu gün Demirchi Tower, AGA İş Mərkəzi, Ariana Business Park, Caspian Business Center və Caspian Plaza (3 korpusdan ibarət) olmaqla, 5 Mərkəzdə müştərilərinə xidmət göstərməkdə davam edir.

Zamanın, iqtisadi göstəricilərin və istehlakçının tələblərinə uyğun olaraq, AGA Qrup bu gün Maliyyə, Kənd təsərrüfatı, İnformasiya Texnologiyaları, Turizm və Otelçilik sahələrini də fəaliyyət miqyasına daxil edib.