İctimaiyyətlə Əlaqələr üzrə aparıcı mütəxəssis

Даты: 10 июл - 08 авг
Местоположение: Баку
Форма занятности: Полный
Языки: Azerbaijani Russian English
Электронная почта: hr@azertelecom.az
Государственная служба:  Ведущий специалист

İctimaiyyətlə Əlaqələr üzrə aparıcı mütəxəssis

Şirkət Haqqında

“AzerTelecom” Azərbaycanın, ümumilikdə isə Cənubi Qafqaz regionunun ən iri telekommunikasiya operatorlarından biridir. Şirkət 2008-ci ildə təsis edilib və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir.

Vakansiya haqqında

İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət Vasitələri

Sizin əsas vəzifə və öhdəlikləriniz

  • İctimaiyyətlə Əlaqələr strategiyasını planlaşdırmaq və icra etmək.
  • AzerTelecom şirkətinin müxtəlif yerli və beynəlxalq konfrans, seminar və sərgilərdə iştirakını təşkil etmək.
  • Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq sosial layihələri hazırlamaq və icra etmək.
  • Yerli və beynəlxalq mətbuat orqanları ilə geniş və pozitiv əlaqələr qurmaq.
  • Şirkətinin fəaliyyəti ilə bağlı müxtəlif press-relizlər, məqalələr hazırlamaq və onları ənənəvi və rəqəmsal media vasitələrində yerləşdirmək.
  • Şirkətin internet saytı və sosial media kanallarında məlumatları mütəmadi olaraq yeniləmək və yeni məlumatlar yerləşdirmək.
  • Baş verə biləcək böhran vəziyyətlərini qabaqcadan proqnozlaşdırmaq və qarşısının alınması istiqamətində tədbirlər görmək.
  • Şirkətin brendinin yerli və xarici auditoriyada daha geniş şəkildə tanıdılması ilə bağlı müxtəlif PR aksiya və kampaniyaları təşkil etmək.

 

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

  • İctimaiyyətlə Əlaqələr, Jurnalistika və ya Marketinq sahəsində ali təhsil.
  •  İctimaiyyətlə Əlaqələr, Jurnalistika və ya Marketinq sahəsində ən azı 3 il iş təcrübəsi.
  • Sosial media ilə işləmə təcrübəsi.

 

Sizdən tələb olunan bacarıq və səriştəliklər

  • Analitik düşüncə
  • Güclü problem həll etmə bacarığı
  • Təzyiq altında işləmə və eyni zamanda bir neçə layihəni idarə etmək qabiliyyəti
  • Güclü yazılı və şifahi ünsiyyət bacarığı
  • Təşəbbüskarlıq
  • Böyük həcmdə məlumatla işləmək bacarığı reativ düşüncə
  • Yüksək səviyyəli korporativ mədəniyyət və korporativ etiket qaydalarını bilmək
  • MS Office  proqramlarını bilmək
  • Azərbaycan, İngilis və Rus dillərini səlis bilmək.

 

Müraciət etmək üçün CV-nizi hr@azertelecom.az e-mail ünvanına göndərməyinizi xahiş edirik.

Başlıqda “İctimaiyyətlə Əlaqələr üzrə aparıcı mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме