Hüquqşünas

Даты: 12 мар - 09 апр
Местоположение: Баку
Форма занятности: Полный
Образование: Бакалавр
Опыт: 3 - 5 года
Языки: Azerbaijani Russian English
Электронная почта: cv@azersun.com
Юридический:  Адвокат

Hüquqşünas

 

Vəzifə və Öhdəlilklər:

  • Fərqli sahələr üzrə müxtəlif növ müqavilələr (alqı-satqı, icarə, xidmət, podrat, təsis və s.) hazırlanması, müqavilə layihələrinə hüquqi rəy və təkliflər verilməsi, müqavilə müddəaları üzrə müzakirələr, razılaşdırmalar aparılması;
  • Hüquqi şəxslərin etibarnamə əsasında dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında təmsil edilməsi, hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsi;
  • Hüquqi və fiziki şəxslərlə yaranan mübahisələrin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün tədbirlər görülməsi;
  • Şirkət müəssisələrinin tərəf kimi iştirak etdiyi birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində nümayəndə kimi iştirak edilməsi, məhkəmə sənədlərinin (iddia ərizələri, etibarnamələr, vəsatətlət, yazılı izahatlar, apellyasiya və kassasiya şikayətləri, məhkəmə çıxışları və s.) hazırlanması;
  • Qüvvəyə minmiş məhkəmə qərarlarının icrasının təmin edilməsi üzrə işlər görülməsi;
  • Müvafiq dövlət orqanlarında inzibati xəta haqqında işlərə baxılmasında iştirak edilməsi, qərarlardan şikayət verilməsi;
  • Dövtət orqanlarından, digər şəxs və qurumlardan daxil olan müraciət, ərizə və şikayətlərə baxılması, araşdırılaraq onlara cavab hazırlanması;
  • Şirkətin fəaliyyətini tənzimləyən bütün növ qərarların, əmr və sərəncamların, şirkətdaxili əsasnamə, prosedur, qayda və təlimatların hazırlanması və onlara hüquqi rəy verilməsi;
  • Daşınmaz əmlak və torpaq sahələri üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının notariat ofislərində və qeydiyyat orqanlarında rəsmiləşdirilməsinin təmin edilməsi;
  • Hüquqi şəxslərin təsis edilməsi, filial və ya nümayəndəliklərinin yaradılması və onların dövlət qeydiyyatının həyata keçirilməsi;
  • MMC və Səhmdar cəmiyyətlərinin ümumi yığıncaqlarının protokolların, qərarlarının hazırlanması, səhmdar cəmiyyətlərin səhmləri ilə bağlı məsələlərin Maliyyə Bazarlarına Nəzarət Palatasında həll edilməsi;
  • Əmtəə nişanlarının və coğrafi göstəricilərin, patentlərin, sənaye nümunələrinin, ixtiraların, müvafiq orqanlarda qeydiyyatdan keçirilməsi;
  • Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) alınması üzrə sənədlər hazırlanması, müvafiq dövlət orqanlarına təqdim edilməsi və lisenziyaların alınması.

 

 

Tələblər:

  • 25-35 yaş arasında olmalı;
  • Ali hüquqi təhsil;
  • Hüquq üzrə minimum 3-5 il iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, Rus və İngilis dilini yaxşı səviyyədə bilməli;
  • Hüquqi sənədləri sərbəst hazırlamalı;
  • Ünsiyyətcil olmalı və qrup şəklində işləmək qabiliyyətinə, təhlil və analiz etmə bacarığına, fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq qabiliyyətinə malik olmalıdır.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “Hüquqşünas/www.azerjobs.com” qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Похожие объявления
Hüquqşünas

LSP MMC


28 фев - 26 мар

Hüquqşünas

Veysəloğlu Şirkətlər Qrupu


05 мар - 03 апр

Hüquqşünas köməkçisi

LS


28 фев - 27 мар

NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме