Satış üzrə məsləhətçi

Даты: 10 янв - 08 фев
Местоположение: Баку
Форма занятности: Полный
Опыт: 1 - 2 года
Языки: English Russian
Электронная почта: cv@groupmotors.az
Телефон: 994123490000
Продажи:    Консультант по продажам

Group Motors şirkətlər qrupu Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru və Toyota avtomobil brendlərinin rəsmi distributeridi. Hal hazırda şirkət “Satış üzrə məsləhətçi” vəzifəsinə işçi qəbulu elan edir.

 

Vəzifə öhdəliklər:

  • Müştəriləri cəld və gülərüz qarşılamaq;
  • Müştərilərə professional xidmət göstərmək;
  • Müştərinin tələb və suallarını diqqətlə dinləmək və xidmət ehtiyaclarını müəyyənləşdirmək üçün müvafiq suallar vermək və lazımi xidmət göstərmək;
  • Məsuliyyət daşıdığı işləri vaxtında yerinə yetirmək;
  • Məhsulu müştəriyə təqdim etmək və satınalma ilə müştərinin ehtiyacları arasındakı əlaqələri uyğunlaşdırmaq;
  • Satışın artırılması məqsədilə müştəriləri müvafiq məlumatlarla təmin etmək: əyani nümayişlər, kataloqlar, reklam materialları, statistik məlumatlar və istinadlar, qiymətlər, məhsulun çatdırılma vaxtı və xərcləri, ödəniş şərtləri və satışdan sonra xidmətlər;
  • Satışı təşviq etmək üçün müştərilərlə telefon, poçt və ya internet vasitəsilə əlaqə saxlamaq;
  • Nağd və elektron formada ödənişlərin, o cümlədən kreditlər üzrə ödənişləri həyata keçirilməsinə yardım etmək və şirkətin siyasəti çərçivəsində kreditləri razılaşdırmaq;
  • Təlimatlara uyğun olaraq satış üzrə statistik məlumatlar hazırlamaq və təqdim etmək;
  • Təkrar müştəriləri müyyənləşdirməq və onlara uyğun olaraq davranmaq;
  • Görülən işlərə və əldə edilən nəticələrə dair dövri hesabatlar vermək;
  • Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək.

 

Namizədlərə tələblər:

  • Yaş: 25-40;
  • Ali təhsil; 
  • Avtomobil sahəsində iş təcrübəsi (min. 1 il);
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Rus və ingilis dillərinin bilməsi üstünlükdür;
  • Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
  • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
  • Stres altında işləmə qabiliyyəti;
  • Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
  • Fəal və işə planlı yanaşma;
  • Qərarvermə qabiliyyəti.

 

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Satış üzrə məsləhətçi"/azerjobs.com qeyd etməklə  cv@groupmotors.az elektron poçt ünvanına göndərsinlər.

Похожие объявления
Anbardar-satıcı

Sabah group


24 дек 2018 - 22 янв

Satıcı

ANC Group


07 янв - 05 фев

Satıcı

Turban Moda


11 янв - 09 фев

Satıcı – konsultant (KONTİNENTAL supermarketlər şəbəkəsi üzrə)

Nurgun Holding


14 янв - 12 фев

Satıcı (xanım)

Login


09 янв - 07 фев

Satıcı Konsultant

Sabah group


14 янв - 23 янв

Satıcı-stilist

LA GRACE


14 янв - 12 фев