Regional Kredit Meneceri (Bakı)

Даты: 10 янв - 08 фев
Местоположение: Баку
Форма занятности: Полный
Образование: Бакалавр
Опыт: 3 - 5 года
Электронная почта: recruitment@kredaqro.az
Банковское дело:  Менеджер по кредитом

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Baş Ofis üçünRegional Kredit Meneceri (Bakı) vəzifəsinə işçi axtarışı elan edir.


Əsas vəzifə və öhdəliklər:

  • Filiallarda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət etmək;
  • Filiallar üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;
  • Filiallar tərəfindən təqdim olunmuş hesabatları təhlil etmək və yekunlaşdırmaq;
  • Hesabatların təhlili nəticələrini rəy və təkliflərlə birlikdə rəhbərliyə çatdırmaq, hesabatlardan irəli gələn müvafiq tədbirlərin yerinə yetirilməsini təmin etmək;
  • Filial Kredit Komitələrinin işini təşkil etmək və onların fəaliyyətinə nəzarət etmək;
  • Mərkəzi Kredit Komitəsində iştirak etmək;
  • Filialların müstəqil sənəd işləmə limitindən artıq olan kreditlər üçün yerdə baxış və təhlil prosesini həyata keçirmək;
  • Öz səlahiyyətləri daxilində kreditvermə prosesinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
  • Filiallarda kreditvermə prosesində iştirak edən işçilərə zəruri təlimlər keçmək.

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil; 
  • Bank sektorunda azı 3 (üç) il iş təcrübəsi, həmçinin idarəetmə təcrübəsi;
  • Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
  • Analitik mühakimə etmək qabiliyyəti; İdarəetmə və liderlik qabiliyyəti;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.

 

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini recruitment@kredaqro.az elektron ünvanınaSubject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Regional Kredit Meneceri (Bakı)/www.azerjobs.com)qeyd etməklə göndərmələri xahiş olunur.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı
www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.

Похожие объявления
Kredit mütəxəssisi(Quba)

PSG Finans BOKT MMC


11 янв - 09 фев