Tədbirlərin təşkili üzrə mütəxəssis

Даты: 09 янв - 07 фев
Местоположение: Баку
Форма занятности: Полный
Образование: Бакалавр
Опыт: 1 - 2 года
Языки: Russian Azerbaijani
Электронная почта: hr@amapola.az
HoReCa (Туризм, Гостиницы, Рестораны):  Менеджер по корпоративным мероприятиям

“Amapola Exclusive Events”  MMC Tədbirlərin təşkili üzrə mütəxəssis (Event specialist) vəzifəsinə işəqəbul elan edir.

 

2013-cü ilin 30 avqust tarixində təsis edilən “Amapola Exclusive Events” şirkəti vahid məqsəd ətrafında birləşən kreativ insanlardan ibarət bir komanda yaratmışdır. Şirkət dövlət tədbirləri, toy mərasimləri, ad günləri və hər növ korporativ tədbirlərin təşkilini həyata keçirir. “Amapola Exclusive Events” tədbirlərin təşkilində ən son tendensiyalar və ən yaxşı təcrübələrə əsaslanır və öz müştərilərinə geniş miqyaslı xüsusi həlləri təklif edir. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşlarımız ilə fəxr edirik və Sizi də “Amapola Exclusive Events”    ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

  • Şirkətin əməkdaşlıq etdiyi təşkilat və şəxslər ilə qarşılıqlı əlaqələrin qurulması;
  • Şirkətin sifarişçiləri ilə əməkdaşlığının əlaqələndirilməsi və koordinə edilməsi;
  • Şirkətin təşkil etdiyi tədbir və proyektlərdə iştirak edəcək obyektlərə məsul səlahiyyətli şəxslərin fəaliyyətinin koordinə edilməsi; 
  • Potensial müştərilərlə görüşün təyin edilməsi, lazımı məlumatların toplanılması (iştirakçıların sayı, müştərinin istək və arzuları, tədbirin məbləği və s.) və müvafiq şöbələrlə tədbirlə bağlı danışıqların aparılması;
  • Tədbirin gedişatı barədə müştərini və Rəhbərliyi yazılı və şifahi formada məlumatlandırmaq;
  • Tədbir zamanı tədbirin qrafik üzrə düzgün və vaxtında icrasını koordinasiya etmək.
  • İş qrafiki: Bazar ertəsi-Cümə saat 09:00-dan 18:00-dək. İstirahət: Şənbə və Bazar.

 

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Yaş: 25-50;
  • Bu sahədə minimum 1-3 ilə kimi iş təcrübəsi;
  • Microsoft Office proqramlarında yaxşı işləmək bacarığı;
  • Azərbaycan və Rus dillərində sərbəst danışmaq qabiliyyəti (İngilis dili yaxşı səviyyədə);
  • Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
  • Komandada işləmək bacarığına sahib olmalıdır;
  • Layihənin idarəedilməsi üzrə biliyə malik olmalıdır;
  • İşgüzar əlaqələr və biznes danışıqlarının yaradılması qaydalarını bilməlidir;
  • Təşkilati bacarıqları olmalıdır;
  • Vaxtın idarə edilməsini bilməlidir;
  • Yaranan vəziyyətə və insanlara tez uyğunlaşmalıdır;
  • Müştəriyönümlü olmalıdır;
  • Liderlik bacarıqları olmalıdır;
  • Stressə davamlı olmalıdır.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@amapola.az elektron ünvanına göndərə bilərlər.


Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Tədbirlərin təşkili üzrə mütəxəssis (Event specialist)” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.


Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Похожие объявления
Events Manager

İteca Caspian


08 янв - 06 фев

Incoming tour manager

Greenwich Travel Club


07 янв - 05 фев

Korporativ Satış Meneceri

ABV Limitet


18 дек 2018 - 16 янв