Xərclər və maya dəyər uçotu üzrə mühasib

Даты: 08 янв - 06 фев
Местоположение: Баку
Форма занятности: Полный
Опыт: 2 - 3 года
Языки: Azerbaijani Russian
Электронная почта: hr@azza.az
Бухгалтерия / Финансы:  Бухгалтер (Общий)

Xərclər və maya dəyər uçotu üzrə mühasib

Vəzifə öhdəlikləri:

  • Məhsullar üzrə norma (reseptura əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
  • İdxal əməliyyatlarının gömrük dəyərinin müəyyən edilməsi (yük gömrük bəyannaməsi uçotu, idxal olunan malın dəyərinin hesablanması və sair);
  • Məhsulun maya dəyəri üzrə iqtisadi cəhətdən əsaslandırılmış hesabatının tərtibi;
  • Qiymət məlumat bazasının (Cost database) hazırlanması və qiymət formalaşması prosesində aktiv iştirak;
  • Aylıq və illik istehsalat nəticələrinin təhlili, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlaşdırılan istehsal normalarından kənarlaşmaların araşdırılması və faktiki əməliyyatların icra mexanizminə nəzarət edilməsi;
  • Müvafiq mühasibatlıq sənədləri əsasında xərclərin uçotunun aparılması;
  • Faktiki çəkilmiş xərclərin təhlili və xərc növləri üzrə mütəmadi hesabatların hazırlanması;
  • Şirkətin daxili qaydalarına uyğun olaraq bütün departamentlərin xərclərinə nəzarət;
  • Anbar sənədlərinin işlənməsi və aparılan əməliyyatların sistemə düzgün daxil edilməsinə nəzarət;
  • Mövcud olan bütün anbarların qalıqlarının çıxarılması və mühasibat sistemində olan qalıqlarla üzləşdirilməsi;
  • Gündəlik və aylıq istehsalat, anbar hərəkəti və anbar qalığını əks etdirən hesabatların hazırlanması;    
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

 

Namizədə olan tələblər:

  • Maliyyə, vergi və  ya mühasibat uçotu sahəsində ali təhsil;
  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
  • Vergi Məcəlləsi, Gömrük Məcəlləsi və Beynəlxalq Mühasibat Uçotu Standardları üzrə müvafiq biliklər; 
  • Azərbaycan və rus dili bilikləri (ingilis dili bilənlərə üstünlük verilir);
  • Microsoft Ofis proqramlarında sərbəst işləmə bacarığı (Word ,Excel, Powerpoint, Outlook);
  • Məsuliyyətli, tez öyrənən, ünsiyyətcil olmaq və komandada işləmək bacarığı; 
  • Şirkət daxili digər bölmələrlə (vergi, audit, hüquq) sıx əlaqədə işləmək, qarşılıqlı yardımı təmin etmək;
  • İdarəetmə, analitik təhlil və təşkilatçılıq qabiliyyəti.

 

Əlavə məlumatlar: 

  • Əmək haqqı müsahibə zamanı müəyyən olunur.
  • Nahar şirkət tərəfindən verilir;
  • 6 günlük iş qrafiki.


Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini hr@azza.az  elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “Xərclər və maya dəyər uçotu üzrə mühasib/azerjobs.com” qeyd olunmaqla, göndərə bilərlər.

Похожие объявления
Accountant Assistant

PASHA INSHAAT MMC


08 янв - 06 фев

Accounting İntern

Financial Chain Corporation LLC


04 янв - 02 фев

Baş mühasib

Gazakh Cement Plant LLC


04 янв - 02 фев

Debitorlar və Kreditorlar üzrə Mühasib

Avrora


10 янв - 08 фев

Maliyyəçi

Hakanfoods Azerbaijan Trading


15 янв - 13 фев

Mühasib

Iceland


15 янв - 13 фев

Mühasib

Performance Center Co” MMC


17 янв - 15 фев