Baş Energetik

Даты: 20 дек 2018 - 18 янв
Местоположение: Баку
Форма занятности: Полный
Образование: Бакалавр
Опыт: 5 - 7 года
Электронная почта: hr@matanata.com
Энергетика:  Специалист по энергетике

 Baş Energetik 

 

İşin təsviri:

  • Məhsulun istehsal planı çərçivəsində istehsal edilməsinə nəzarət edir;
  • İstehsalın təqvim planına uyğun olaraq yerinə yetirilməsi məqsədilə lazımı işləri görür;
  • Sexlərdə texnoloji intizamın yerinə yetirilməsinə, texnoloji avadanlığın düzgün istismarına nəzarət edir.

 

        Əsas vəzifə və öhdəliklər:

  • Müxtəlif güclü yarım stansiyaların layihələndirilməsi;
  • Elektrik generatorlarının, alternativ enerji qurğularının istismarı və texniki xidməti;
  • Elektrik dövriyyəsinin hesablanması;
  • Qəbul olunmuş qaydaları və əmsalları nəzərə alaraq layihələndirilmə işləri;
  • Müvafiq dövlət strukturları ilə layihələrin razılaşdırılması və təsdiqi;
  • Layihələrə əsasən quraşdırılacaq elektrik avadanlıqlarının, mal-materialların, qəbul olunmuş əmsalları nəzərə alaraq, smetaların hesablanması;
  • Mövcud olan elektrik dövriyyəsinə uyğun alınmış yarım stansiyaların istismarı və texniki xidməti;
  • Elektrik quraşdırma üzrə texniki şərtlərin razılaşdırılması və təsdiqi;
  • Elektrik enerjisinin yüklənmə qrafikinə əsasən, istifadənin səmərəlilik və effektivliyinə nəzarət etmək;
  • Enerji qurğu və avadanlıqlarının əsaslı təmirini həyata keçirmək;
  • Tabeliyində olan müvafiq sex və şöbələrin enerji bölmələrinə nəzarət etmək;
  • Texnika və avadınlıqların işini effektivləşdirəcək təkliflər verməli.

 

Əlavə tələblər:

  • Buraxılan məhsulların nomenklaturunu;
  • İstehsal texnologiyasının əsaslarını;
  • Istehsalat planlaşdırmasının hazırlanma qaydasını və məhsul buraxılışının təqvim qrafikini bilməlidir.

 

        Tələb olunan təhsil:

  • Müvafiq sahə üzrə ali təhsilli olmalıdır.

 

        Təcrübə: 

  • Analoji sahədə ən azı 5 il iş təcrübəsi;
  • Elektrotexnikanın əsaslarını bilməlidir.

 

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədləri üzrə biliklər;
  • Enerji təsərrüfatının təşkili, onun texniki istismarının qaydaları və təmir aparılmasının texnologiyası üzrə biliklər;
  •  Enerji avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyəti, iş rejimi və onların istismar qaydaları üzrə biliklər;
  • Yanacaq-enerji ehtiyatlarının sərfi normasının işlənməsi qaydaları üzrə biliklər;
  • Microsoft Office proqramları, AutoCad və s. mühəndis proqramlarını mükəmməl bilməli;
  •  Dil bilikləri:  Azərbaycan dili mükəmməl, Rus dili yaxşı, İngilis dili yaxşı
  • Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik.

 

Qeyd:

  • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
  • Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar   olunan şəxslər işə götürülmürlər;
  • Bu sahələr üçün ANKET FORMASI-nı doldurub hr@matanata.com ünvanına mövzu yerində " Baş Energetik / www.azerjobs.com" qeyd etməklə göndərmələri xahiş olunur.