İstehsal avadanlıqları üzrə mexanik

Даты: 20 дек 2018 - 18 янв
Местоположение: Баку
Форма занятности: Полный
Электронная почта: hr@matanata.com
Строительство:  Производитель

“Mətanət A” şirkəti "İstehsal avadanlıqları üzrə mexanik " vakansiyanı elan edir

 

İşin təsviri:

  • Müəssisədə olan mexaniki  avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə çalışmasını, saxlanılmasını təmin etmək; 
  • Mexaniki avadanlıqların vaxtı-vaxtında təmirini və düzgün texniki istismarını təşkil etmək; 
  • İstehsal qurğu  və avadanlıqlara mütamadi baxış, sınaq və profilaktik təmir işlərinin icrasını həyata keçirmək, istehsalatın texniki hazırlığını təmin etmək; 
  • Təmir işləri üçün ehtiyat hissə bazası yaratmaq ;
  • Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik etmək; 
  • Həyata keçirilən təmir bərpa işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsini, avadanlığın modernləşdirilməsi, dəzgah və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək; 
  • Yeni avadanlıqların, qurğuların  quraşdırılması və yeni texnikaların mənimsənilməsi; 
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi; 
  • Avadanlıqlar, dəzgahlar və qurğular üzrə metodiki, normativ aktlar hazırlamaq.

 

Əmək haqqı:

  • Razılaşma yolu ilə.

 

Tələblər:

  • Təhsil: Ali;
  • Yaş həddi: 25-45;
  • Kompüter biliyi: Ofis proqramlarında işləmə bacarıqlı;
  • Dillər: Rus biliyi arzu olunandır.

 

Şəxsi keyfiyyətləri:

  • Fikrini izah etmək qabiliyətli;
  • Ünsiyyət yaratmaq bacarıqlı;
  • Fəal olması;
  • İşə planlı yanaşması.

 

Qeyd:

İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar   olunan şəxslər işə götürülmürlər;

Bu sahələr üçün ANKET FORMASI-nı doldurub hr@matanata.com (mövzu qismində "İstehsal avadanlıqları üzrə mexanik/www.azerjobs.com" qeyd etməkə)  ünvanına göndərin

Sizə uğurlar diləyi ilə HR Azerbaijan komandası!