İstehsalat Əməliyyatlarının Uçotu Üzrə Mühasib

Даты: 06 дек - 04 янв 2019
Местоположение: Баку
Форма занятности: Полный
Образование: Бакалавр
Опыт: 3 - 5 года
Языки: Azerbaijani Russian
Электронная почта: hr@stellent.az
Телефон: 0125656075
Бухгалтерия / Финансы:  Бухгалтер (производство)

İstehsalat Əməliyyatlarının Uçotu Üzrə Mühasib

 

İş barədə məlumat:

  • İlkin sənəd və hesabatların maddi məsul şəxslərdən nəzərdə tutulmuş müddətlərdə alınmasını və hesab sahələrinə uyğun qəbulunu,nəzarətini həyata keçirtmək; 
  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət; 
  • Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək; 
  • Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət etmək,onların Mühasibat Standartalarına uygun uçotunu təmin etmək; 
  • Əsas vəsaitlərin uçotunun aparılması,amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi; 
  • Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi; 
  • Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirtmək,məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması,istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək; 
  • Mal və materialların,digər qiymətlilərin inventarizasiyasında iştirak etmək,qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək; 
  • Maliyyə hesabatlarının hazırlanması.(Balans,Mənfəət və Zərər,Pul Vəsaitlərinin hərəkəti haqqında hesabat və s; 
  • Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək; 
  • İş qrafiki: 6 gün, 09:00-dan 18:00-dək.

 

Namizədə tələblər:

  • Xanım namizədlərə üstünlük verilir; 
  • Dil bilikləri: Azərbaycan dili - mükəmməl, rüs dili - orta; 
  • Ali təhsil; (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək);  
  • Analoji sahədə ən azı 3 il iş təcrübəsi (İstehsalat təcrübəsi arzuolunandır); 
  • Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmaq; 
  • MS Office (Word, Excel) yüksək səviyyədə bilmək; 
  • Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq 
  • Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək; bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.

 

CV-lərinizi hr@stellent.az elektron ünvanımıza mövzu yerində " İstehsalat Əməliyyatlarının Uçotu Üzrə Mühasib / www.azerjobs.com " qeyd etməklə göndərə bilərsiniz.

Похожие объявления
Mühasib

Kercom


29 ноя - 28 дек