Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis (Sumqayıt)

Даты: 06 дек - 04 янв 2019
Местоположение: Сумгаит
Форма занятности: Полный
Образование: Бакалавр
Опыт: 3 - 5 года
Языки: Azerbaijani Russian
Электронная почта: info@finplast.az
Телефон: 0124484612
Здоровье, безопасность и окружающая среда:  Production quality control

Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis (Sumqayıt)

 

İş barədə:

  • Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə nəzarətin aparılması;
  • Məhsulun texniki sənədlərlə təsdiq edilmiş tələblərə, göndərilmə və müştərilərlə bağlanan müqavilələrin şərtlərinə uyğunluğun yoxlanılması;
  • İstehsalat intizamının möhkəmləndirilməsi;
  • Məhsulun yüksək texniki səviyyəsi və keyfiyyətinin təmin edilməsi üzrə işlərin təşkil edilməsi;
  • Müəssisəyə daxil olan ehtiyatların yoxlanılması, onların keyfiyyətlərinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanmasını;
  • İstehsalat prosesinin  bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarətin təmin edilməsi;
  • Məhsulun keyfiyyətinin yüksədilməsi üzrə keyfiyətin idarə edilməsi sisteminin, nəzarət əməliyyatlarının mexanikləşdirilməsi və avtomatlaşdırılmasını nəzərdə tutan daha mükəmməl nəzarət metodlarının yaradılması, məhsulun qüsursuz təhvili sistemlərinin tətbiqi tədbirlərinin işlənib hazırlanması;
  • Keyfiyyətsiz məhsul, onun səbələri və təqsirkarlarının uçotunun aparılması;
  • Qüsurli iş və ya materialların düzəldilməsinin və ya dəyişdirilməsnin tələb edilməsi;
  • Ümumi keyfiyyət sisteminin yaradılması, tetbiqi və nəzarət olunması;
  • Keyfiyyətə nəzarət planının hazırlanması;
  • Keyfiyyətə nəzarət prosedurlarının tətbiq edilməsi;
  • Müəssisədaxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigyena norma və qaydalarına riayət edilməsi;
  • Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlarhazırlayıb təqdim edilməsi;
  • Birbaşa rəhbərin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi;

 

Tələblər:

  • Ali təhsil; 
  • Yaş həddi:  30-45;  
  • Müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri;
  • Keyfiyyətə nəzarət üzrə mütəxəssis olaraq istehsalatda ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı;
  • Azərbaycan və Rus dillərini əla səviyyədə bilməli;  
  • Microsoft Office proqramlarını əla səviyyədə bilməli; 
  • Komandada işləmək bacarığına sahib olmalı;
  • Yüksək ünsiyyət və analitik düşünmə bacarığı; 
  • İş yeri Sumqayıt şəhərindədir. (köhnə Alüminium zavodunun yanı);
  • İş vaxtı: Bazar ertəsi - Şənbə, 08:00-dan 18:00-dək;
  • Nahar və servis şirkət hesabınadır;
  • Əmək haqqı 300-400 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur).

 

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis” qeyd edərək öz CV-lərini info@finplast.az elektron ünvanına mövzu yerində " Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis (Sumqayıt) / www.azerjobs.com " qeyd etməklə göndərməyiniz xahiş olunur. Xahiş edirik təcrübəsi olmayanlar və şərtləri tam oxumayanlar müraciət etməsinlər.

Əlaqə nömrəsi: 050 251 14 54