Əməliyyatçı (Xaçmaz filialı)

Даты: 06 дек - 04 янв 2019
Местоположение: Хачмаз
Форма занятности: Полный
Образование: Бакалавр
Языки: Azerbaijani
Электронная почта: HR@bankrespublika.az
Телефон: 994125980800
Администрация:  Обработка данных / Оператор

Bank Respublika ASC “Əməliyyatçı (Xaçmaz filialı)” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi və 1000 nəfərə yaxın peşəkar komandası ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

 

Ümumi vəzifə öhdəlikləri:

  • Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
  • Bankın müştərilərinə xidmət etmək, o cümlədən müxtəlif müqavilələri, ərizə formalarını, əmanət kitabçalarını rəsmiləşdirmək;
  • Fiziki və hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
  • Əmanət hesabları üzrə faizlərin və əmanətin ödənilməsini həyata keçirmək;
  • Pul vəsaitlərinin nağdsız qaydada hesablara daxil edilməsini və silinməsini həyata keçirmək;
  • Əmanət, bank kartları, bank metalları, pul köçürmələri və bank seyfi üzrə əməliyyatlar aparmaq;
  • Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
  • Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.

 

Namizədə qarşı tələblər:

  • Təhsil: ali (yeni məzunlarda müraciət edə bilər)­
  • Dil bilikləri: Azərbaycan dili (əla)
  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.

 

Sizə nə təklif edirik?

  • Əməliyyat üzrə geniş bilgilər və təcrübə;
  • Əlverişli iş mühitində çalışmaq imkanı;
  • Karyera və inkişaf perspektivləri.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 02 dekabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “ Əməliyyatçı (Xaçmaz filialı) / www.azerjobs.com qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

  • Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;
  • Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Похожие объявления
Call center operator (xanım)

Manqal Dönər


05 дек - 03 янв 2019

Müştəri əməliyyatları üzrə mütəxəssis

Veysəloğlu Şirkətlər Qrupu


06 дек - 04 янв 2019

Operator

Smart Company


27 ноя - 26 дек

Operator

9933 MMC


28 ноя - 27 дек

Оператор Call Центра

Rahat Taxi


23 ноя - 21 дек