Mühasib

Даты: 04 дек - 02 янв 2019
Местоположение: Баку
Форма занятности: Полный
Образование: Бакалавр
Опыт: 5 - 7 года
Языки: Azerbaijani English Russian
Электронная почта: hr@alten-group.com
Телефон: 994502900296
Бухгалтерия / Финансы:  Бухгалтер (Общий)

Mühasib

Vəzifələri:

  • Daxil olan pul vəsaitinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu təşkil edir;
  • Pul vəsaitləri, mal – material qiymətliləri və əsas vəsaitlər üzrə əməliyyatların vaxtlı –    vaxtında mühasibat uçotu hesablarında əks etdirilməsini təmin edir;
  • Müəssisənin maliyyə – təsərrüfat fəaliyyətinə, xərc smetasına, məhsul satışına, işlərin görülməsinə nəzarət, o cümlədən maliyyə , hesablaşma, kredit əməliyyatlarının qanuni və vaxtında sənədləşdirilməsini təşkil edir;
  • Məhsulun (xidmətin) iqtisadi əsaslandırılmış hesabat kalkulyasiyasını, işçilərə əmək haqqının hesablanmasının düzgünlüyünü təmin edir;
  • Dövlət büdcəsinə hesablaşmaların və ödəmələrin düzgünlüyünü təmin etməli;
  • Banklara olan borclara görə ödəmələrin vaxtında yerinə yetirilməsini təmin edir;
  • Mühasibat sənədləri, ilkin sənədlər, hesablaşma və ödəmə öhdəlikləri üzrə sənədlərin düzgün sənədləşməsinə nəzarət edir;
  • Pul vəsaitlərinin, mal – material qiymətlilərinin, əsas vəsaitlərinin illik inventarizasiyasını təşkil edir, onların düzgünlüyünü təmin edir;
  • Mühasibat üçotu məlumatlarına əsaslanaraq müəssisənin maliyyə – təsərrüfat fəaliyyətinin iqtisadi analizində, təsərrüfat daxili ehtiyatların aşkar olunmasında, itkilərin aradan qaldırılması üzrə tədbirlərdə iştirak edir;
  • Mühasibat və ilkin sənədlər əsasında mühasibat hesabatlarının vaxtında tərtib olunmasını   və lazımı orqanlara göndərilməsini təmin edir;
  • Müəssisənin struktur rəhbərlərinə mühasibat uçotu, nəzarət, hesabat və iqtisadi analiz üzrə metodiki köməklik göstərir;
  • Mühasibatlıq işçilərinin müəssisənin maliyyə – təsərrüfat fəaliyyətində aktiv iştirakını təmin edir;
  • Mühasibat sənədlərinin qorunmasını təmin edir və onların təyin olunmuş qaydada arxivə verilməsini təmin edir;
  • Mühasibat balansından çatışmamazlıqların, debitor borcların və digər itkilərin düzgün silinməsini təşkil edir;
  • Mal – material qiymətlilərinin, pul vəsaitlərinin qanunsuz xərclənməsinə, maliyyə. təsərrüfat pozğunluqlarına qarşı tədbirlərdə aktiv iştirak edir;
  • Mühasibat işçilərinin nizam – intizam qaydalarına düzgün əməl etməsini təmin edir, işçilərə əmək haqqı təyin olunmasında bilavasitə iştirak edir.

Bilməlidir:

  • Mühasibat uçotu haqqında qanunvericiliyi;
  • Yuxarı təşkilatların, maliyyə – yoxlama orqanlarının təşkilatı mühasibatlıq uçotu və hesabatların tərtib olunması və həmçinin müəssisənin maliyyə – təsərrüfat fəaliyyətinə aid olan normativ və metodik, əmr, sərəncam və digər rəhbər sənədləri;
  • Maliyyə, vergi və təsərrüfat qanunvericiliyini;
  • Müəssisədə mühasibat uçotunun təşkili əsasnaməsini və təlimatlarını;
  • Maliyyə hesabatlarının forma və qaydalarını;
  • Müəssisənin təsərrüfat – maliyyə fəaliyyətinin iqtisadi analiz metodlarını;
  • Pul vəsaitlərinin, mal – materialların və başqa qiymətlilərin qəbul, mədaxil, saxlanma və xərclənmə qaydalarını;
  • Debitorlar və kreditorlarla hesablaşma qaydalarını;
  • Hüquqi və fiziki şəxslərin vergi öhdəliyi şərtlərini;
  • Pul vəsaitlərinin və mal – material qiymətlilərinin inventarlaşmasının aparılması qaydalarını;
  • Mühasibat balansını və hesabatlarının tərtib olunması qayda və müddətini;
  • Yoxlanışların aparılması qaydalarını;

Tələblər :

  • Təhsil: Ali
  • İş stajı: Müvafiq vəzifədə 5 ildən az olmayaraq
  • Dil biliyi: Azərbaycan - ə`la
  • Kompüter biliyi:MS Office. 1C. Səviyyə:Əla

Digər Tələblər

  • İş şərtləri: Rus və İngilis dili bilənlərə üstünlük verilir
  • İş günləri: həftənin 5günü. 
  • İş saatları:  09:00 – 18:00-dək ;
  • Nahar şirkət tərəfindən verilir;
  • Mobil rabitə;
  • Əmək haqqı görüş zamanı müəyyən olunacaq ;

СV ( şəkil mütləqdir ) bu email-a  hr@alten-group.com "Mühasib www.azerjobs.com  " başlığı ilə göndərməyiniz  xahiş olunur. 

Похожие объявления
Baş mühasib

Gazakh Cement Plant LLC


07 дек - 05 янв 2019

Mühasib

Avrora


27 ноя - 26 дек

Mühasib

Xırman Firması


19 ноя - 18 дек

Mühasib

My Broker MMC


21 ноя - 20 дек

Mühasib köməkçisi

Mazarina


21 ноя - 20 дек

Xərclər və maya dəyər uçotu üzrə mühasib

AZZA Cake House


20 ноя - 19 дек

Xərclər və maya dəyər uçotu üzrə mühasib

AZZA Cake House


10 дек - 08 янв 2019