Mebel satınalması üzrə mütəxəssis

Даты: 28 ноя - 27 дек
Местоположение: Баку
Форма занятности: Полный
Заработная плата: 1000 - 1500
Образование: Бакалавр
Опыт: 3 - 5 года
Электронная почта: hr@collezioneitalia.az
Телефон: 0000000
Продажи:  Мебель Менеджер по продажам

Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin  (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün “Mebel satınalması üzrə mütəxəssis” vakansiyası elan edir.

 

Vəzifə barədə məlumat:

  • Xarici şirkətlərlə və ya xarici şirkətlərin yerli nümayəndəlikləri ilə əlaqələrin, əməkdaşlıqların qurulması və partnyorların cəlb olunması istiqamətində danışıqların aparılması;
  • Əlaqə yaradılmış şirkətlərin və onların nümayəndəliklərinin məlumat bazasının yaradılması;
  • Xarici nümayəndəliklərin iştirakı ilə əlaqələrin möhkəmləndirilməsi üzrə müəyyən tədbirlərin və görüşlərin təşkili, müşaiəti və xarici tədbirlərdə şirkətin təmsil olunması;
  • Rəhbərlik tərəfindən verilmiş mövzu ətrafında tədqiqatların aparılması və nəticələr barədə hesabatın hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Xarici nümayəndəliklərlə razılıq əsasında müqavilələrin hazırlanması prosesində iştirak;
  • Beynəlxalq şirkətlərin rəsmi diler və ya nümayəndəliyini əldə etmə proseslərini yüksək səviyyədə icra etmək;
  • Qəbul olunmuş və ya müştərilərə təhvil verilmiş produksiyalarda aşkar olunmuş problem, qüsurlar və zəmanət işləri üzrə danışıqların həyata keçirilməsi.
  • Müştəridən və yaxud birbaşa müştərinin evinə gedərək ölçünün götürülməsi və dizayn xidmətinin göstərilməsi
  • Ödəmə şərtləri və endirimlərin razılaşdırılması
  • Hər bir mebel modelinin eksklyuziv olaraq müştəri ilə razılaşdırılıb təsdiqini aldıqdan sonra istehsalçı ilə əlaqə yaradılaraq sifariş edilməsi
  • Satış üçün tələb olunan məhsulların xarici təchizatçılardan alınması (sifariş hazırlanması, invoys alınması, təsdiqi).

 

Şərtlər:

  • AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
  • Həftə ərzində 6 iş günü, istirahət- bazar günü
  • İş saatı: 10:00-19:00
  • Əmək haqqı AZN 1000-1500, +% 1000-2000.

 

Tələblər:

  • Ali təhsil  
  • Beynəlxalq satınalma sferasında minimum 3-5 il iş təcrübəsi arzu olunandır;
  • Dil bilgiləri: Azərbaycan, rus və ingilis dillərində sərbəst yazı və danışıq qabiliyyəti;
  • Planlaşdırma, analiz və idarəetmə bacarığı;

 

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “ Mebel satınalması üzrə mütəxəssis / www.azerjobs.com  ” sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Похожие объявления
Avtomobil satışı üzrə mütəxəssis

Performance Center Co” MMC


21 ноя - 20 дек

Corporate sales manager

INNES


12 ноя - 10 дек

General English Teachers

CELT Colleges Narimanov


13 ноя - 11 дек

Head of Sales Department

GERMES


21 ноя - 20 дек

Head of Sales Department (Sales Manager) FMCG

GERMES


21 ноя - 20 дек

Korporativ Satış mütəxəssisi

Zeta Group


13 ноя - 11 дек

Qab-qacaq satınalması üzrə mütəxəssis

Collezione Italia


28 ноя - 27 дек