Junior/Senior Android Developer

Даты: 22 ноя - 21 дек
Местоположение: Баку
Форма занятности: Полный
Заработная плата: 1000 - 3500
Опыт: 3 - 5 года

Просмотры: 3764

Отклики: 4

Информационные технологии:  Программист / Разработчик Другое

Şirkətin adı: Unibank KB
Sektor: Proqramlaşdırma/Bank
Vəzifə: Junior/Senior Android Developer 
Müqavilə şərtləri: Daimi
Əmək haqqı: 1000 – 3500 AZN
 
 Bank haqqında
 
Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.
Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik.  Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank,  bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır. 


 
Başlıca öhdəliklər və məsuliyyətlər:

 

  • Yeni mobil əlavə yaratmaq;
  • Biznesin sifarişinə uygun olaraq mövcud mobil əlavələri yeni qoyulan tələblərə uyğunlaşdırmaq;
  • Mobil əlavələrdə iştirak edən servislərin monitorinqi;
  • Proqram təminatı  dəyişdirildikdə, cari versiyanı müvafiq şəkildə SVN (Versiya Kontrolu Sistemində) saxlamaq və s.

 
Namizədin Profili:

 

  • İşi təşkil edə bilmək, inteqrasiya olmaq və komandada işləmək bacarığının olması, yeni tapşırıqlara tez adaptasiya ola bilmək;
  • Keyfiyyətli və başa düşülən kodu yaza bilmək;
  • Kreativlik, effektivlik və işdə məsuliyyətlilik;
  • Öyrənmək və peşəkar inkişaf istiqamətində istək və bacarığın olması;
  • Liderlik keyfiyyətləri müsbət qiymətləndirilir;
  • Rus dilini səlist, İngilis dilini orta səviyyədə bilmək.

 
 
Peşəkar tələblər
 

  • Minimal 3 illik iş təcrübəsi və Android mobil əlavələrinin hazırlanması üzrə yaxşı səviyyədə bacarıqların olması (Kotlin, reactive programming (rxjava2, rxandroid), dependency injection (dagger2), Inversion of control, IoC, okhttp3, retrofit2);
  • Android mobil əlavələrinin hazırlanmasının tam dövrünü bilmək;
  • Android mobil əlavələrinin hazırlanmasının UX/UI prinsiplərini, şablonlarını və ən yaxşı təcrübələri üzrə biliklər;
  • OOP, MVC prinsiplərinin istifadəsi üzrə bilik və təcrübəyə malik olmaq;
  • Veb servislərin (SOAP, REST, JSON, XML) inteqrasiyası üzrə əmin təcrübəyə malik olmaq;
  • Mobil verilənlər bazası və verilənləri back-end’dən sinxronlaşdırma mexanizmiylə iş təcrübəsinin olması;
  • Push-bildirişlərin hazırlanması üzrə təcrübənin mövcud olması;
  • Android mobil əlavələrinin təhlükəsiliyinin təmin edilməsi metodlarını dərin anlama qabiliyyətinin olması;
  • Avtomatlaşdırılmış Unit/İntegration/UI testləşdirilməsi üzrə təcrübəyə malik olmaq;
  • CI/CD’nin reallaşdırılmasının prinsip və alətləri üzrə anlayışın olması müsbət qiymətləndirilir;
  • Git versiyalarının idarə edilməsi sisteminin istifadəsi üzrə bilik və təcrübəyə malik olmaq.

 

Qeyd: Peşəkar təcrübənin və tələblərə uyğunluğun qiymətləndirilməsi üçün hazırlanmış əlavə və ya layihələrə linklər qeyd edilməlidir.

 

Göstərilən tələblərə cavab verirsinizsə, saytımızdan qeydiyyatdan keçib  "Cv göndər" düyməsini sıxaraq müraciət edə bilərsiniz. 

Похожие объявления
İnformasiya təminatı şöbəsinə mütəxəssis (SQL Developer)

Bank Respublika


30 ноя - 29 дек

Junior/Senior Android Developer

Unibank


22 ноя - 21 дек

1C Operator

ICGROUP


30 ноя - 29 дек

Adjunct Instructor, Computer and Information Sciences

ADA University


20 ноя - 19 дек

Front End Poqramçı

AzerBit


07 дек - 05 янв 2019

Full Stack Developer

Azərenerji ASC


20 ноя - 19 дек

Guarantee specialist (male)

Grand Motors MMC


27 ноя - 26 дек