Daxili Audit Departamentinin Mütəxəssisi

Даты: 08 ноя - 23 ноя
Местоположение: Баку
Форма занятности: Полный
Образование: Бакалавр
Опыт: 5 - 7 года
Языки: Azerbaijani English Russian
Электронная почта: hr@afholding.com
Телефон: 0502353358
Банковское дело:  Внутренний Аудит

Daxili Audit Departamentinin Mütəxəssisi

 

Təcrübə:

  • Minimum 5 il mühasibat uçotu və ya audit sahəsində iş təcrübəsi.

 

Vəzifə təlimatı:

  • Risklərin idarəetməsi, daxili nəzarət mühiti və korporativ idarəetmə proseslərinin müntəzəm qiymətləndirilməsinə dair audit yoxlamalarında iştirak etmək, belə yoxlamalarda həmin proseslərinin inkişafına dair tövsiyyələri vermək.
  • Şirkətin təlimatları, siyasətləri və prosedur qaydalarının yaradılmasında yaxından iştirak.

 

Səlahiyyət  və öhdəliklər:

  • Audit planları əsasında audit proqramlarının tərtib edilməsində iştirak etmək.
  • Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını aparmaq.
  • Şirkətin siyasətləri, prosedurlar, standartlar və digər normativ sənədləri qiymətləndirmək.
  • Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək.
  • Şirkətdə yaranan qabaqcıl təcrübələrin qiymətləndirilməsini aparmaq və rəy vermək.
  • Dövri olaraq daxili audit yoxlamalarını aparmaq, nəticələr haqqında hesabatları və rəylər hazırlamaq.
  • Müstəqil (kənar) audit proseslərinə dəstək olmaq.
  • Korporativ idarəetmənin qiymətləndirilməsinə dair testlər aparmaq və tapşırıqları yerinə yetirmək.
  • Daxili nəzarət mühitinin qiymətləndirməsinə dair testlər aparmaq və digər tapşırıqları yerinə yetirmək.
  • Şirkətin Daxili nəzarət mühitinin inkişafına dair təkliflər irəli sürmək.
  • Şirkətdə risk idarəedilməsinin inkişafına dair təkliflər irəli sürmək, o cümlədən risk təhlillərin aparılması qaydasına rəy bildirmək.
  • Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq.
  • Mənimsəmə və saxtakarlıq hadisələrin araşdırılmasında Departamentinin adından iştirak etmək.
  • Departament büdcəsinin hazırlamasında iştirak.
  • Şirkətin aylıq, rüblük və illik hesabatlarını yoxlamaq.
  • Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək.

 

Təhsil səviyyəsi:

  • İqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu üzrə ali təhsil bakalavr dərəcəsi; həmin sahədə peşəkar kvalifikasiya sahiblərinə, hüquqi sənədlərinin yoxlaması və İT audit təcrübəsinə malik olan namizədlərinə üstünlük veriləcək;
  • Dil bilikləri: Azərbaycan, rus, ingilis.

 

Texniki bilik və bacarıqlar:

  • MS Office proqramlarını sərbəst bilmək və tətbiq etmək.

 

Sahə üzrə bilik və bacarıqlar:

  • Daxili auditi;
  • Risklərin idarəedilməsini (o cümlədən, müxtəlif sahələrdə (satış, marketinq, logistika və sair) iş təcrübəsinə malik olan);
  • BMHS (o cümlədən, maliyyə konsolidasiyası);
  • İqtisadi sahədə qanunvericiliyi;
  • Mənimsəmə və saxtakarlığın idarəedilməsini;
  • Korporativ idarəetməni.

 

Şəxsi keyfiyyətlər:

  • Analitik düşüncə;
  • Yüksək nəzakət;
  • Təşəbbüskarlıq;
  • Qərar vermə qabiliyyəti;
  • Dürüstlük;
  • Obyektivlik;
  • Etibarlılıq;
  • Məxfililiyin qorunması bacarığı;
  • Daimi inkişafa meyillilik və təhsil almağa bacarığı;
  • Stresə dözümlülük;
  • Komandada işləmək bacarığı;
  • Mübahisələrin həll edilməsi;
  • Effektiv kommunikasiya;
  • Əlaqələndirmə; 
  • Nəzarət.

 

İş şəraiti:

  • Bazar ertəsi – cümə: saat 09:00 - 18:00;
  • Şənbə günü 09:00-15:00 və Bazar günü iş günü deyil.

 

Müsabiqə zamanı öz təşəbbüsü ilə Şirkətimizin maliyyə uçotu və idarəetmə uçotunun əsasları üzrə imtahanından keçən namizədlərə üstünlük veriləcək. Qeyd edilən imtahan ACCA ( F2, F3), CIMA (C1, C2) və onlara uyğun imtahanlardan keçmiş namizədlərə şamil edilmir.

CV-ri mövzu yerində "Daxili Audit Departamentinin Mütəxəssisi /www.azerjobs.com" qeyd etməklə  hr@afholding.com ünvanına göndərin.