Mebel satınalması üzrə mütəxəssis

Даты: 05 ноя - 03 дек
Местоположение: Баку
Форма занятности: Полный
Образование: Бакалавр
Опыт: 3 - 5 года
Языки: Azerbaijani Russian English
Электронная почта: hr@collezioneitalia.az
Телефон: 0000000
Продажи:  Мебель Закупки:  Procurement manager

Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin  (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün “Mebel satınalması üzrə mütəxəssis” vakansiyası elan edir.

Vəzifə barədə məlumat:

  • Xarici şirkətlərlə və ya xarici şirkətlərin yerli nümayəndəlikləri ilə əlaqələrin, əməkdaşlıqların qurulması və partnyorların cəlb olunması istiqamətində danışıqların aparılması;
  • Əlaqə yaradılmış şirkətlərin və onların nümayəndəliklərinin məlumat bazasının yaradılması;
  • Xarici nümayəndəliklərin iştirakı ilə əlaqələrin möhkəmləndirilməsi üzrə müəyyən tədbirlərin və görüşlərin təşkili, müşaiəti və xarici tədbirlərdə şirkətin təmsil olunması;
  • Rəhbərlik tərəfindən verilmiş mövzu ətrafında tədqiqatların aparılması və nəticələr barədə hesabatın hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Xarici nümayəndəliklərlə razılıq əsasında müqavilələrin hazırlanması prosesində iştirak;
  • Beynəlxalq şirkətlərin rəsmi diler və ya nümayəndəliyini əldə etmə proseslərini yüksək səviyyədə icra etmək;
  • Qəbul olunmuş və ya müştərilərə təhvil verilmiş produksiyalarda aşkar olunmuş problem, qüsurlar və zəmanət işləri üzrə danışıqların həyata keçirilməsi.
  • Müştəridən və yaxud birbaşa müştərinin evinə gedərək ölçünün götürülməsi və dizayn xidmətinin göstərilməsi.
  • Ödəmə şərtləri və endirimlərin razılaşdırılması.
  • Hər bir mebel modelinin eksklyuziv olaraq müştəri ilə razılaşdırılıb təsdiqini aldıqdan sonra istehsalçı ilə əlaqə yaradılaraq sifariş edilməsi.
  • Satış üçün tələb olunan məhsulların xarici təchizatçılardan alınması (sifariş hazırlanması, invoys alınması, təsdiqi).

Şərtlər:

  • AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
  • Həftə ərzində 6 iş günü, istirahət- bazar günü
  • İş saatı: 10:00-19:00.

Tələblər:

  • Ali təhsil; 
  • Beynəlxalq satınalma sferasında minimum 3-5 il iş təcrübəsi arzu olunandır;
  • Dil bilgiləri: Azərbaycan, rus və ingilis dillərində sərbəst yazı və danışıq qabiliyyəti;
  • Planlaşdırma, analiz və idarəetmə bacarığı.

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Mebel satınalması üzrə mütəxəssis” sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Похожие объявления
Mətbəx satınalması üzrə mütəxəssis

Collezione Italia


05 ноя - 03 дек

Procurement Coordinator

Blue Planet Distribution LLC


07 ноя - 04 дек

Procurement Specialist

Collezione Italia


08 ноя - 22 ноя

Xalça satınalması üzrə mütəxəssis

Collezione Italia


05 ноя - 03 дек

Xarici satınalma üzrə Mütəxəssis

Matanat A


12 ноя - 10 дек