Mətbəx satınalması üzrə mütəxəssis

Даты: 05 ноя - 03 дек
Местоположение: Баку
Форма занятности: Полный
Образование: Бакалавр
Опыт: 3 - 5 года
Языки: Azerbaijani Russian English
Электронная почта: hr@collezioneitalia.az
Телефон: 0000000
Другое:  Другое Закупки:  Procurement manager

Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin  (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün “Mətbəx satınalması üzrə mütəxəssis” vakansiyası elan edir.

Vəzifə barədə məlumat:

  • Xarici şirkətlərlə və ya xarici şirkətlərin yerli nümayəndəlikləri ilə əlaqələrin, əməkdaşlıqların qurulması və partnyorların cəlb olunması istiqamətində danışıqların aparılması;
  • Əlaqə yaradılmış şirkətlərin və onların nümayəndəliklərinin məlumat bazasının yaradılması;
  • Xarici nümayəndəliklərin iştirakı ilə əlaqələrin möhkəmləndirilməsi üzrə müəyyən tədbirlərin və görüşlərin təşkili, müşaiəti və xarici tədbirlərdə şirkətin təmsil olunması;
  • Rəhbərlik tərəfindən verilmiş mövzu ətrafında tədqiqatların aparılması və nəticələr barədə hesabatın hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Xarici nümayəndəliklərlə razılıq əsasında müqavilələrin hazırlanması prosesində iştirak;
  • Beynəlxalq şirkətlərin rəsmi diler və ya nümayəndəliyini əldə etmə proseslərini yüksək səviyyədə icra etmək;
  • Qəbul olunmuş və ya müştərilərə təhvil verilmiş produksiyalarda aşkar olunmuş problem, qüsurlar və zəmanət işləri üzrə danışıqların həyata keçirilməsi;
  • Müştərinin seçdiyi və ya müştəriyə təqdim olunan mətbəx modelinin 3D formatında vizualizasiyası;
  • Müştəridən və yaxud birbaşa müştərinin evinə gedərək ölçünün götürülməsi və dizayn xidmətinin göstərilməsi;
  • Ödəmə şərtləri və endirimlərin razılaşdırılması;
  • Hər bir mətbəx modelinin eksklyuziv olaraq müştəri ilə razılaşdırılıb təsdiqini aldıqdan sonra istehsalçı ilə əlaqə yaradılaraq sifariş edilməsi;
  • Satış üçün tələb olunan məhsulların xarici təchizatçılardan alınması (sifariş hazırlanması, invoys alınması, təsdiqi).

Şərtlər:

  • AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
  • Həftə ərzində 6 iş günü, istirahət- bazar günü;
  • İş saatı: 10:00-19:00.

Tələblər:

  • Ali təhsil;
  • Beynəlxalq satınalma sferasında minimum 3-5 il iş təcrübəsi arzu olunandır;
  • Dil bilgiləri: Azərbaycan, rus və ingilis dillərində sərbəst yazı və danışıq qabiliyyəti;
  • Planlaşdırma, analiz və idarəetmə bacarığı.

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Mətbəx satınalması üzrə mütəxəssis” sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Похожие объявления
Xalça satınalması üzrə mütəxəssis

Collezione Italia


05 ноя - 03 дек

Captain

Hospitality & Catering vacancies:


05 ноя - 03 дек

Content Management Specialist

ADA University


16 ноя - 02 дек

Content Senior Associate

PASHA INSHAAT MMC


19 ноя - 15 дек

Director  Assistant

Konsis LLC


24 окт - 22 ноя

Dizayner

ANQARD


19 ноя - 17 дек

Events and Public Affairs Coordinator

ADA University


16 ноя - 02 дек