Smeta üzrə mühəndis

Даты: 18 мар - 16 апр
Местоположение: Баку
Форма занятности: Полный
Образование: Бакалавр
Опыт: 5 - 7 года
Языки: Azerbaijani Russian
Электронная почта: hr@matanata.com
Инженерия:  Инженер

“Mətanət A” şirkəti  Smeta üzrə mühəndis vakansiyasını elan edir

 

İşin təsviri:

  •  İnşa olunan obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, tikinti-quraşdırma işlərinin icrası üçün verilməsini təmin edir;
  • Obyektlərin layihələndirilməsi üçün, layihə təşkilatları ilə birlikdə titul siyahılarını işləyib hazırlayır;
  • Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlayır, layihələndirmə üçün tapşırıqlar tərtib edir və onları lahiyə təşkilatlarına göndərir;
  •  Lahiyə təşkilatlarından lahiyə sənədlərini qəbul edir və onlarla birlikdə, podrat tikinti təşkilatlarının iştirakı ilə bu sənədləri müzakirə edir, lahiyə təşkilatlarının tərtib etdiyi smeta sənədlərinin düzgünlüyünü, qüvvədə olan normativ sənədlərə uyğunluğunu yoxlayır;
  •  Layihə-smeta sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin edir, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət edir və təsdiq olunması üçün hazırlayır;
  • Təsdiq edildikdən sonra, layihə-smeta sənədlərini tikinti təşkilatlarının müvafiq şöbələrinə göndərir;
  • Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımı sənədləri təqdim edir. Layihə-axtarış işləri üzrə tapşırıqların icrası haqqında hər ay hesabat tərtib edir.
  •  Layihə-smeta sənədləri üzrə lazımı arayışlar hazırlayır. Onların arxivdə saxlanmasını təmin edir. Müəyən edilmiş forma üzrə hesabatları tərtib edir.

 

 İş şəraiti:

  • İş saatı: 09-00-dan 18-00-dək;
  • Şənbə günü saat 09:00-dan 13:00-a dək;
  • Bazar günü istirahət.

 

Əmək haqqı:

  • Razılaşma yolu ilə.

 

Tələblər:

  • Təhsil: Ali təhsil (İnşaat mühəndisi)
  • İş təcrübəsi: 5-10 il
  • Yaş həddi: 35-50 yaş
  • Bilməlidir: Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını; Smeta, smeta-maliyyə hesablamaları və kalkulyasiyaların tərtib olunması üzrə metodiki və vahid qiymətlərin toplu və kataloqlarının, inşaat materialları, konstruksiya, məmulat, avadanlıqların quraşdırılması üzrə, qiymətlər cədvəllərinin preyskurant topluları və avadanlıqların, materialların tipləşdirilimiş dəstlərinin tərtib və istifadə olunma qaydalarını; iqtisadiyyatın, istehsalatın təşkilinin, əməyin və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir.
  • Dil bilikləri: Azərbaycan, Rus dili əla səviyyədə( İngilis dili orta səviyyədə)
  • Kompüter bilikləri: Word,  MS Office,  Autocad əla səviyyədə bilmək

 

Şəxsi keyfiyyətləri:

  • İşə planlı yanaşmaq bacarığı;
  • Yüksək ünsiyyət bacarığı;
  • Nitq mədəniyyəti;
  • Təmkinlilik, etibarlılıq, özünəinam;
  • Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.

 

Qeyd:

  • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
  • CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərin.
Похожие объявления
Mühəndis-Dizayner

Yelo Bank


10 мар - 08 апр

NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме