Pərakəndə kredit riskləri şöbəsinin (underwriting) mütəxəssisi/aparıcı mütəxəssisi

Даты: 16 мар - 14 апр
Местоположение: Баку
Форма занятности: Полный
Образование: Бакалавр
Опыт: Менее 1 года
Языки: Azerbaijani Russian
Электронная почта: hr@yelo.az
Банковское дело:  Менеджер по розничным продажам Розничный кредитный офицер Государственная служба:  Ведущий специалист

Pərakəndə risklərin idarəedilməsi departamentinin Pərakəndə kredit riskləri şöbəsinin (underwriting) mütəxəssisi/aparıcı mütəxəssisi

 

İyirmi beş ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.  

 

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

 

 

Vəzifə öhdəlikləri:

 

  • Kredit sifarişlərin anderraytinqi – kredit bölmələrindən, müştəridən,  Bankın icrasında olan  və açıq mənbələrdən alınmış məlumatın təhlili və yoxlanılması ilə borc alanın maliyyə vəziyyəti haqqında əsaslı fikrin formalaşması, və Bankın daxili normativ sənədləri ilə verilmiş səlahiyyət səviyyəsinə müvafiq, müştərilərin kredit sifarişləri üzrə qərarların qəbul edilməsində iştirak, həmçinin Kollegial orqanlarının iclaslarında iştirak
  • Tarixi sifarişlər üzrə Bankın gəlirliliyinin optimallaşdırmasını müəyyən etmək məqsədilə qəbul edilmiş qərarların təhlili
  • Korporativ biznes müştərilərin sifarişləri üzrə Mərkəzi kredit reyestri ilə (MKR) qarşılıqlı əlaqənin qurulması
  • Kredit risklərin məhdudlaşdırması məqsədilə kredit məhsulların reallaşdırmasının tətbiqinə və keyfiyyətinə nəzarət
  • Bankın kredit portfelinin analizin nəticələrinə dair məlumatın/hesabatın yığımı və təqdim edilməsi

 

 

Tələblər:

 

  • Ali iqtisadi/riyazi təhsil
  • Bankda risklərin idarə edilməsi/kredit sahəsində ən azı 1 il iş təcrübəsi
  • Təqdimatların formalaşmasında, iri həcmli məlumatın yığımında, təhlilində və işlənməsində təcrübə
  • Analitik qabiliyyət və işgüzar fəallıq
  • Komandada işləmək bacarığı
  • MS Word və MS Powerpoint proqramlarını mükəmməl bilmək
  • Azərbaycan və Rus dilini mükəmməl səviyyədə bilmək

 

Biz Sizə nə təklif edirik:

 

  • Layihələrin yazılması və hazırlanması prosesində iştirak;
  • Müasir texnologiya və metodologiya ilə işləmə şəraiti;
  • Müasir və çevik metodologiyaların əldə olunması (Scrum, Agile);
  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz elektron poçtun “mövzu” yerinə Pərakəndə risklərin idarəedilməsi departamentinin Pərakəndə kredit riskləri şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi (underwriting) qeyd etməklə öz tərcümeyi-hallarını (cv-lərini) hr@yelo.az ünvanına göndərə bilərlər. 

Похожие объявления
Analitika, hesabat və ehtiyatlara nəzarət şöbəsinin aparıcı mütəxəssisi

Yelo Bank


16 мар - 14 апр

Biznes proseslərin idarə olunması üzrə aparıcı mütəxəssis

Kontakt Home


25 мар - 23 апр

Mərdəkan filialı üzrə aparıcı kredit məsləhətçisi

Para BOKT


13 мар - 11 апр

Satış təmsilçiləri (Pərakənda satış sektoru)

Sinteks Group of Companies


12 мар - 10 апр

NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме