Büdcə və Xərclərə Nəzarət üzrə Mütəxəssis

Даты: 12 мар - 10 апр
Местоположение: Баку
Форма занятности: Полный
Образование: Бакалавр
Опыт: 2 - 3 года
Языки: Azerbaijani Russian English
Электронная почта: recruitment@sinteks.com
Бухгалтерия / Финансы:  Бюджетирование и Планирование

Büdcə və Xərclərə Nəzarət üzrə Mütəxəssis

 

1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.

SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi, dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.

Şirkət dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.

Hal hazırda Sinteks şirkətinə “Büdcə və Xərclərə Nəzarət üzrə Mütəxəssis” tələb olunur.

 

İşin Məqsədi:

  • Büdcələşdirmə prosesində və gündəlik xərclərin nəzarətində iştirak etmək

 

Vəzifə və öhdəliklər:

  • Büdcənin formalaşdırılması və hazırlanması prosesini təşkil etmək və əlaqələndirmək
  • Növbəti il üçün əməliyyat və yardımçı büdcələri rüblük və aylıq əsasda hazırlamaq
  • Mövsüm üzrə büdcənin icrasını aylara bölərək hesabat hazırlamaq, iqtisadi fəaliyyətin faktiki nəticələrinin planlaşdırılmış nəticələrdən kənara çıxmasının səbəblərini təhlil etmək
  • Büdcə icraatı və şirkət xərclərinə nəzarət etmək
  • Xərclərin maliyyə təhlilini aparmaq
  • Xərclərin optimizasiyası üçün təkliflər hazırlamaq və səmərəliliyin artırılması üçün yeni yollar axtarmaq
  • Xərc növünün və büdcə həcminin mövcudluğunu yoxlamaq

 

Namizədə olan tələblər:

  • Ali Təhsil
  • İqtisadiyyat, mühasibat uçotu və audit, maliyyə və digər müvafiq istiqamətdə bakalavr dərəcəsi
  • Müvafiq 2-3 il iş təcrübəsi

 

İş qabiliyyəti:

  • Dil bilikləri: Azərbaycan – sərbəs, Rus və ya İngilis - orta
  • MS Office, xüsusilə Excel, Word və PowerPoint bilikləri
  • Yaxşı təşkillatçılıq və nəticəyönümlük
  • Yaxşı ünsiyyət və analitik bacarıqları

 

Vakansiya ilə maraqlanan namizədlərdən CV-ni recruitment@sinteks.com e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Büdcə və Xərclərə nəzarət üzrə Mütəxəssis” qeyd etmələri xahiş olunur.

NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме