Maliyyə üzrə Auditor

Даты: 13 янв - 11 фев
Местоположение: Баку
Форма занятности: Полный
Образование: Бакалавр
Опыт: 2 - 3 года
Языки: Azerbaijani Russian
Электронная почта: hr@matanata.com
Бухгалтерия / Финансы:  Финансовый аналитик

“Mətanət A” şirkəti Maliyyə üzrə Auditor vakansiyasını elan edir.

 

İşin təsviri:

  • Plan əsasında daxili audit yoxlamalarını aparmaq;
  • Mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq;
  • Şirkətin xərclərinin səmərəliliyini qiymətləndirmək;
  • Şirkətin, ona tabe olan müəssisə və təşkilatların struktur bölmələrinin fəaliyyətinin normativ hüquqi aktlara və təsdiq edilmiş fəaliyyət planına uyğunluğunu yoxlamaq;
  • Ehtiyatlardan istifadənin səmərəliliyi, düzgünlüyü, onlardan istifadəyə nəzarəti və zərərdən mühafizə olunmanın yetərliliyini qiymətləndirmək;
  • Anbar qalıqlarını yoxlamaq və əsas vəsaitlərin inventarizasiyasını aparmaq;
  • Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək;
  •  Korporativ idarəetmənin qiymətləndirilməsinə dair testlər aparmaq;
  • Aparılan yoxlamaların nəticələri haqqında hesabat və təqdimat materiallarının hazırlanması;
  • Şirkətdə risk idarəedilməsinin inkişafına dair təkliflər irəli sürmək, o cümlədən risk təhlillərin aparılması qaydasına rəy bildirmək;
  • Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq faktlarının ortaya çıxarılmasını qiymətləndirilməsini və sübuta yetirilməsini həyata keçirmək;
  • Şirkətin aylıq, rüblük və illik hesabatlarını yoxlamaq;
  • Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək;
  • Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.

 

İş şəraiti:

  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İstirahət: Şənbə və  bazar günü.

 

Əmək haqqı:

  • Razılaşma yolu ilə.

 

Tələblər:

  • Təhsil: Ali (İqtisadi)
  • İş təcrübəsi: Audit və mühasibat sahəsində ən azı 3 il iş təcrübəsinin olması;
  • Yaş həddi: 25-45;
  • Dil bilikləri: Azərbaycan və Rus dili;
  • Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək;
  • Xarici və daxili ezamiyyətlərə getmə imkanı;
  • Şəxsi avtomabilinin olması mütləqdir.

 

Şəxsi keyfiyyətləri:

  • İşə planlı yanaşma;
  • Yüksək ünsiyyət bacarığı;
  • Nitq mədəniyyəti;
  • Təmkinlilik, etibarlılıq, özünəinam;
  • Səliqəli, təşkilatçı, operativ, bacarıqlı.

 

Əlavə tələblər:

  • Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

 

Qeyd:

  • CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərin.
Похожие объявления
Financial Analyst / Leading Financial Analyst

Facility Management Group


14 янв - 12 фев

NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме