Front Ofis Koordinatoru

Даты: 09 сен - 07 окт
Местоположение: Баку
Форма занятности: Гибкий
Языки: Azerbaijani English Russian
Электронная почта: hr@code.edu.az
Наука / образование / обучение:  Другое (наука, образование, обучение)

Şirkət haqqında


Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.
Code Academy-nin təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Sektorun dəyişən ehtiyaclarını qiymətləndirmək üçün şirkət rəhbərləri ilə davamlı ünsiyyətdə olan Code Academy bu sahənin gözləntilərinə uyğun təcrübəli mütəxəssislər yetişdirir.
Code Academy rəqabətli məvacib və yüksək standartlara uyğun iş şəraiti təklif edir. Haqqımızda daha ətraflı məlumatı www.code.edu.az saytından ala bilərsiniz.
 

Vakansiya: Front Ofis Koordinatoru
 

İşin təsviri:

  • Təhsil mərkəzinə gələn qonaqları və müştəriləri qarşılamaq
  • Telefon zənglərinə cavab vermək
  • Tədris proqramları ilə bağlı ilkin məlumatların verilməsi
  • Qeydiyyat işinin aparılması
  • Ofisdə digər departamentlərin gündəlik işlərinə dəstək olmaq
  • İş rejimi növbəli iş qrafiki ilədir. İş saatları 09:00-16:00, 13:00-20:00, 14:00-21:00 arasıdır.
  • Görmək istədiyimiz bilik və bacarıqlar
  • Microsoft Office proqramlarında yaxşı işləyə bilmək
  • Azərbaycan dilində yaxşı nitq qabiliyyəti, rus və ingilis dillərini orta səviyyədə bilmək
  • Tələbəlik müddətində sosial aktivlik
  • Məsuliyyətlilik
  • Gülərüzlülük
  • Güclü ünsiyyət qabiliyyəti
  • Problem həll etmə bacarığı
  • Komandada işləmə bacarığı
  • Call Center təcrübəsinin olması üstünlükdür
  • Satış bacarıqlarının olması üstünlükdür.

 

Vəd etdiklərimiz^

  • Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
  • Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
  • Code Academy daxilindəki bütün dərslərə giriş imkanı
  • Tibbi sığorta təminatı.

 

Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər hr@code.edu.az ünvanına başlıqda vəzifənin adı olmaqla öz rezümelərini, onlar haqqında rəy bildirəcək 2 nəfərin əlaqə vasitələrini (email və telefon nömrəsi) göndərsinlər. Başlıq və işə nə üçün maraqlı olduğunuzu ifadə edən bir paraqraf yazılmayan rezümelərə baxılmayacaq. Yalnız müsahibə mərhələsinə keçən namizədlərlə əlaqə saxlanılacaq.

Похожие объявления
ACADEMIC ADVISOR,  SCHOOL OF INFORMATION TECHNOLOGIES AND ENGINEERING

ADA University


11 сен - 25 сен

General English və İELTS müəllimi

British Academy


03 сен - 30 сен

İncəsənət və rəsm müəllimi

XXI Century International Education and Innovation


26 авг - 24 сен

İT məktəbə

DB Advisors


20 авг - 18 сен

Menecer xanım

A - Level Education Center


17 сен - 08 окт

Rus bölməsi üzrə tərbiyəçi-müəllim vəzifəsi

XXI Century International Education and Innovation


26 авг - 24 сен

Satış / Proqram Məsləhətçisi

Code Academy


09 сен - 07 окт

NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме
NoLogoAvailable
Оставьте резюме